Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri iyunun 24-də Laçın şəhərindəki bayraq meydanı, Heydər Əliyev küçəsi ilə tanış olublar.
Modern.az xəbər verir ki, Heydər Əliyev küçəsində yerləşən tikililərin bərpa edildiyi, bərpa işləri zamanı binaların əvvəlki görkəmini itirməməsinə xüsusi diqqət yetirildiyi qonaqların diqqətə çatdırılıb.
Laçın şəhəri ilə tanışlıq çərçivəsində xarici diplomatların səfər etdikləri növbəti məkan Həkəri çayının sahilində salınmış bulvar olub.