Modern.az

Priqojini ABŞ və Britaniya kəşfiyyatı idarə edir - Simonyan

Priqojini ABŞ və Britaniya kəşfiyyatı idarə edir - Simonyan

24 İyun 2023, 17:10

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin ABŞ və Böyük Britaniya tərəfindən idarə olunur.


Modern.az xəbər verir ki, belə bir iddia ilə “Sputnik” informasiya agentliyinin rəhbəri Marqarita Simonyan çıxış edib.


“Şübhə yoxdur ki, Priqojinin başlatdığı üsyan ABŞ və Britaniya kəşfiyyat xidmətləri tərəfindən idarə olunur”,-Simonyan bildirib.


Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.  "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronij şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri