Modern.az

“Qəbələ” yarımmüdafiəçisi ilə müqaviləni yenilədi

“Qəbələ” yarımmüdafiəçisi ilə müqaviləni yenilədi

İdman

24 İyun 2023, 17:33

“Qəbələ” futbol klubu iordaniyalı yarımmüdafiəçisi Omar Hani ilə müqaviləni yeniləyib.

 

Modern.az kluba istinadən xəbər verir ki,24 yaşlı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

 

Əvvəlki müqaviləsi 2022-2023-cü il mövsümünün sonunda başa çatan futbolçu daha bir il “qırmızı-qara” formanı geyinəcək. Onun yeni anlaşması 2024-cü ilin iyununda başa çatacaq.

 

Xatırladaq ki, Hani komandanın heyətində keçirdiyi 65 matçda 4 qol vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi