Modern.az

Prezidentin tənqidçisinə 5 il iş kəsildi

Prezidentin tənqidçisinə 5 il iş kəsildi

Təhsil

18 İyul 2013, 15:07


İyulun 18-də Rusiya prezidenti Vladimir Putinin ən sərt tənqidçilərindən olan və anti-korrupsiya bloqları ilə tanınan müxalifət lideri Aleksey Navalnıy 5 il müddətinə azadlıqdan məhrum edilib.

”Azadlıq” radiosunun məlumatına görə, Rusiyanın Kirov şəhər məhkəməsi Navalnıy və iş adamı Pyotr Ofitserovun məhkəmə zalındaca həbs olunması haqda qərar çıxarıb. Ofitserov isə 4 il müddətinə həbs cəzası alıb.

İttihama görə, Navalnıy 2009-cu ildə qubernator müavini kimi çalışarkən bir şirkətin vasitəsilə 510 min dollarlıq mənimsəmədə iştirak edib. Və bu işdə ona P.Ofitserov yardım edib. Amma bloqqer ittihamı rədd edir.

A. Navalnıyın vəkili qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Bu arada ötən gün Navalnıyın Moskva meri postuna namizədliyi qeydə alınıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım