Modern.az

Rostovda ATIŞMA - "Vaqnerçi"lər silaha əl atdı

Rostovda ATIŞMA -

Dünya

24 İyun 2023, 20:45

Rusiyanın Rostov vilayətində atışma baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında 5 dəfəyə yaxın atəş açılıb.

 

RT agentliyi qeyd edib ki, “Vaqner" muzdluları “Rostelekom”un binasının girişində atəş açıblar. Yayımlanan görüntülərdə döyüşçülərdən birinin avtomatdan bir neçə dəfə atəş açması əks olunub.

 

Atışma yoldan keçənlər arasında panikaya səbəb olub.

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi