Modern.az

Lukaşenko və Priqojin razılığa gəldi - \"Vaqner\" geri çəkilir 

Lukaşenko və Priqojin razılığa gəldi - \

24 İyun 2023, 21:37

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin xahişi ilə "Vaqner" muzdlularının sahibi Yevgeni Priqojinlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, telefon danışığı gün boyu davam edib. Qeyd olunub ki, Priqojin Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

 

Məlumatda vurğulanır ki, “Vaqner” muzdlular üçün sərfəli və məqbul variant hazırlanıb.

 

Priqojin özü də təsdiqləyib ki, o, muzdlulara “plan üzrə səhra düşərgələrinə qayıtmaq” əmri verib.

 

“Onlar “Vagner”i dağıtmaq istəyirdilər. İyunun 23-də “Ədalət yürüşü” üçün yola düşdük. Gün ərzində Moskvaya 200 kilometrdən az məsafə qalana qədər yol qət etdik. Bu müddət ərzində döyüşçülərimizin bir damcı da qanını axıtmamışıq.

 

İndi qan tökülə biləcək an gəldi, buna görə də tərəflərdən birində rus qanının tökülməsinin bütün məsuliyyətini anlayaraq, qoşunlarımızı geri çevirib plana uyğun olaraq əks istiqamətdə səhra düşərgələrinə yola düşürük”, - Priqojin deyib.

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi