Modern.az

Yeniyetmə cüdoçumuz Avropa çempionu oldu 

Yeniyetmə cüdoçumuz Avropa çempionu oldu 

İdman

24 İyun 2023, 21:50

Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 90 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli İbrahim Tataroğlu ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən Əhmədov qitə çempionu olub.

 

Bu gün tatami üzərinə çıxan digər Azərbaycan cüdoçusu Aslan Kotsoyev (81 kq) isə yarışı medalsız başa vurub.

 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yeniyetmə cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) Avropa çempionu olub, Əhməd Rüstəmov (55 kq) və Mehdi Cəfərov (66 kq) isə bürünc medal qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi