Modern.az

Lökbatanda 26 yaşlı gənc qətlə yetirildi

Lökbatanda 26 yaşlı gənc qətlə yetirildi

Hadisə

25 İyun 2023, 08:13

İyunun 25-i saat 00:25 radələrində 1997-ci il təvəllüdlü Həsən Hudulovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olub.

 

Modern.az bildirir ki, aparılmış araşdırmalarla Həsən Hudulovun Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. 

 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 


 
Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir

 

***

İyunun 24-də saat 23:50 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində 1997-ci təvəllüdlü Hudulov Həsən Məhəmməd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər