ABŞ-ın müdafiə naziri Lloyd Ostin 5 həmkarı ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, Almaniya, Böyük Britaniya, Fransa, Kanada və Polşanın müdafiə nazirləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib.
"Vəziyyət inkişaf etdikcə ABŞ müttəfiqləri və tərəfdaşları ilə əlaqə saxlayacaq", - məlumatda deyilir. Ostin ABŞ-ın Ukraynaya dəstəyinin dəyişməyəcəyini də təsdiqləyib.