Modern.az

Moskvada universitetlər distant təhsilə KEÇİR

Moskvada universitetlər distant təhsilə KEÇİR

25 İyun 2023, 08:07

Moskvada universitetlərə bütün tədbirləri təxirə salmaq və distant təhsilə keçmək tövsiyə olunub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, iyunun 26-da ali məktəblərə sənəd qəbulu əyani aparılmayacaq.

 

Ərizəçilər onlayn müraciət edə biləcəklər. Bütün testlər, imtahanlar və yekun ixtisas işlərinin müdafiəsi həmin gün onlayn rejimdə keçiriləcək.

 

Qeyd edək ki, Moskvada antiterror əməliyyatı rejimi elan edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi