Modern.az

Bahçelinin məmləkətində ZƏLZƏLƏ

Bahçelinin məmləkətində ZƏLZƏLƏ

Dünya

25 İyun 2023, 09:04

Türkiyənin Osmaniye vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Bahçe rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli 1 yanvar 1948-ci ildə Bahçedə anadan olub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI