Modern.az

Ukrayna ordusu bir neçə istiqamətdə hücuma keçib

Ukrayna ordusu bir neçə istiqamətdə hücuma keçib

Dünya

25 İyun 2023, 10:04

Ukrayna Silahlı Qüvvələri eyni vaxtda bir neçə istiqamətdə hücuma keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar özünün teleqram kanalında məlumat yayıb.

 

O qeyd edib ki, əsas hücum istiqamətləri Orexovo-Vasilevka, Baxmut, Boqdanovka, Yaqodni, Klişevka, Kurdyumovkadır.

 

"Bütün istiqamətlərdə irəliləyiş var. Düşmən Kupyansk, Limansk, Marinsk istiqamətində irəliləməyə cəhd etdi, lakin irəliləyə bilmədi”, - deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri