Modern.az

“Qarabağ”ın Avstriyadakı bütün rəqibləri bəlli oldu

“Qarabağ”ın Avstriyadakı bütün rəqibləri bəlli oldu

İdman

25 İyun 2023, 10:38

"Qarabağ" klubu Avstriyadakı təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib bəlli olub.

 

Modern.az "Tema Sport"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın MOİK (Sofiya) komandası ilə üz-üzə gələcək.

 

Yoxlama görüşü iyulun 4-də baş tutacaq.

 

Qeyd edək ki, "Qarabağ" Avstriyada 3 sınaq matçı keçirəcək. "Köhlən atlar" iyunun 27-də Macarıstan "Ferentsvaroş"u, iyulun 1-də isə Polşa "Legiya"sı ilə qarşılaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi