Yaponiya ordusu gələn ildən etibarən amerikalı iş adamı İlon Maskın "Starlink" peyk internet xidmətindən istifadə etməyi düşünür.
Modern.az xəbər verir ki, bu barədə Yomiuri nəşri məlumat yayıb.
Qəzet yazır ki, Yaponiyanın özünümüdafiə qüvvələri mart ayından bəri təxminən 10 yerdə yerləşdirilən sistemdə və təlimlərdə "Starlink"i sınaqdan keçirir.
Xatırladaq ki, "Starlink" texnologiyası Ukrayna tərəfindən döyüş meydanında yerləşdirilib. Rusiya isə bu texnologiyadan istifadəyə mane olmağa çalışır. Mask oktyabr ayında "SpaceX"in "Starlink"in Ukraynada istifadəsini qeyri-müəyyən müddətə maliyyələşdirə bilməyəcəyini söyləyib.
ABŞ Müdafiə Nazirliyi isə bu ay Ukraynada "Starlink" xidmətləri göstərmək üçün müqavilə bağladığını bildirib.