Modern.az

PKK-nın Fransadan \"idxal etdiyi\" terrorçu təslim oldu

PKK-nın Fransadan \

25 İyun 2023, 11:35

Xəbər verdiyimiz kimi, Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı düşərgədən qaçan 4 PKK terrorçusunun sərhədə gələrək təslim olduğunu açıqlamışdı.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazirlik təslim olan terrorçularla bağlı yeni detalları əks etdirən məlumatlar verib.

 

Məlumata görə, Munzur B." kod adlı terrorçu Fransada yaşayarkən PKK-ya qoşulub. İlkin ifadəsində terrorçu İraqa gəlməzdən əvvəl Yunanıstandakı düşərgədə qaldığını bildirib.

 

Qeyd olunub ki, araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI