Modern.az

Niderland vətəndaşlarını Rusiyadan çıxmağa ÇAĞIRDI

Niderland vətəndaşlarını Rusiyadan çıxmağa ÇAĞIRDI

25 İyun 2023, 13:16

Niderlandın Moskvadakı səfirliyi vətəndaşlarını silahlı qiyamdan sonra Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfər etməməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

 

Bildirilib ki, Niderland vətəndaşları Rusiyanı hava və ya quru yolu ilə tərk edə bilər: “Lakin bununla bağlı vəziyyət tezliklə dəyişə bilər. Nəticədə Niderland hökuməti Rusiyanı tərk etməyinizə kömək edə bilməyəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi