Mətbuat Şurası Ali Media Mükafatına təqim ediləcək nümayəndələri müəyyənləşdirib. Modern.az bildirir ki, bu barədə bu gün qurumun keçirilən iclasında müzakirə olunub. Müzakirələrdən sonra mükafatın əsasnaməsinə uyğun şəkildə mükafatın birinci dərəcəsi üzrə bir, ikinci dərəcəsi üzrə üç, üçüncü dərəcəsi üzrə beş laureat müəyyənləşdirilib. Onların adlarının MŞ-nin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü ilə bağlı birgə keçirəcəyi mərasimdə açıqlanması qərara alınıb.
Modern.az