Britaniya ordusunun baş qərargah idarəsinin keçmiş rəisi Riçard Dunnat Yevgeni Priqojinin ətrafında döyüşə hazır qüvvələr saxladığını və Belarus ərazisindən Ukraynaya hücum edə biləcəyini deyib.
Modern.az xəbər verir ki, bu barədə “Sky News” nəşri məlumat yayıb.
Dunnat qeyd edib ki, Piroqjinin Belarusa getməsi narahatlıq doğrurur.
"Əgər o, ətrafında döyüş qabiliyyətinə malik qüvvələr saxlayıbsa, deməli, Kiyevə ən yaxın olan Ukrayna cinahı üçün yenidən təhlükə yaradır. Rusiya Kiyevi ələ keçirmək üçün növbəti cəhd zamanı "Vaqner"dən yaxşı istifadə edə bilər. Dünənki hadisələrin əks-sədaları kifayət qədər hiss olunacaq”, - keçmiş baş qərargah rəisi bildirib.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Priqojin Belarusa köçəcək.