Modern.az

“İnter Mayami” Messinin təqdimatına hazırlaşır 

“İnter Mayami” Messinin təqdimatına hazırlaşır 

İdman

25 İyun 2023, 16:14

Amerikanın “İnter Mayami” klubu iyulun 16-da Lionel Messi və Serxio Busqetsi azarkeşlərinə təqdim edəcək.


Modern.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

 

Bildirilib ki, ABŞ klubu transferdən maksimum gəlir əldə etməyə hazırlaşır.


Mənbənin sözlərinə görə, “İnter Mayami” klubu Messinin təqdimatına ciddi hazırlıq görür. Stadionda oturacaqların sayını artırmaq üçün arenada yenidənqurma işləri aparılır.

 

Qeyd edək ki,argentinalı məşhur futbolçu Lionel Messi bir müddət əvvəl PSJ-dən ayrılaraq "İnter Mayami"yə keçib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri