Modern.az

Qənirə Paşayeva hiddətləndi: “Onları Allaha tapşırıram...”

Qənirə Paşayeva hiddətləndi: “Onları Allaha tapşırıram...”

Təhsil

18 İyul 2013, 23:42

Millət vəkili Qənirə Paşayeva haqqında xoşagəlməz informasiyalar yayan bəzi şəxslərə hiddətlənib. Modern.az-ın məlumatına görə, deputat ona qarşı qara piar aparan insanlara cavab verməyin lüzumsuz olduğunu deyərək, onları Allah tapşırdığını bildirib:

 “Məndən bütün günü sənin əlehinə şər,böhtan yazmaqdan,işi-gücü ancaq sənin əlehinə bir şey axtarıb onu özü səviyyəsində insanlarla müzakirə edənlərə niyə cavab vermirsən deyə sosial şəbəkələrdə məsaj yazan dostlara bir daha deyirəm.

Əzizlərim, Mən psixoloji xəstə insanlara heç zaman cavab vermirəm. Çünki həyatda bir insan haqqında daim ön yarğılı olmaq, ona hər zaman aşırı nifrətlə baxmaq və ömrünün, yaradıcılığının böyük bir hissəsini sadəcə bir insan əlehinə yazmağa sərf etmək psixoloji xəstəlikdir. Mütəxəsislərdən öyrənə bilərsiniz. Mən bu cür insana və ya insanlara nə cavab verim. Allah yardımçıları olsun və nə zamansa bu xəstəliklərdən sağalsınlar...

İçərisi nifrətlə dolu insana cavab verməyə belə dəyməz. O nifrət onsuzda onu məhv edəcək. Bu cür adam və ya adamlara cavab verəcək vaxtım yoxdur. Ən gözəli bu müqəddəs Ramazan ayında belələrini sadəcə Allaha tapşırmaqdır. Özü onları layiqincə cəzalandıracaq... Əslində cəzalandırıb da....”.

A.RÜSTƏMOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım