Modern.az

Azərbaycan millisi Avropa çempionu oldu 

Azərbaycan millisi Avropa çempionu oldu 

İdman

25 İyun 2023, 19:49

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

 

Modern.az xəbər verir ki, qarışıq komanda yarışında ardıcıl olaraq Niderland, Almaniya və İtaliyaya qalib gələn yığma finalda Fransanı üstələyib.

 

Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi