Modern.az

Çindən Rusiyada baş verən hadisələrə REAKSİYA

Çindən Rusiyada baş verən hadisələrə REAKSİYA

Dünya

25 İyun 2023, 20:10

Çin Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Rusiyada ''Vaqner''lə bağlı insidentə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

“Bu, Rusiyanın daxili işidir. Yeni dövrdə mehriban qonşu və hərtərəfli strateji əməkdaşlıq tərəfdaşı kimi Çin milli sabitliyin qorunmasında, inkişaf və firavanlığa nail olmaqda Rusiyanı dəstəkləyir”, - XİN sözçüsü qeyd edib.

 

Xatırladaq ki, ötən gün "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Priqojin Belarusa köçəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi