Bolqarıstanın Karnobat şəhərində EMCO şirkətinə məxsus silah istehsalı üçün materialların saxlanıldığı anbar yanıb.
Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın BNR radiosu məlumat yayıb.
Məlum hadisə silah anbarında bir il ərzində baş verən ikinci yanğındır.
Bildirilir ki, gecə yarısından sonra baş verən yanğın nəticəsində anbarda partlayış səsləri eşidilib, insan tələfatı olmayıb, lakin anbar tamamilə yanıb.
Bolqarıstan polisi BNR-yə bildirib ki, Dövlət Milli Təhlükəsizlik Agentliyi hadisənin səbəblərini araşdıracaq.