Modern.az

BMT-nin baş katibi Rusiyadakı vəziyyətdən narahatdır

BMT-nin baş katibi Rusiyadakı vəziyyətdən narahatdır

Dünya

25 İyun 2023, 22:32

BMT-nin baş katibi Antonio Quterreş "Vaqner"in rəhbəri Yevgeni Priqojinin silahlı üsyana cəhd etməsi fonunda Rusiyadakı vəziyyəti narahatlıqla izləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Quterreşin sözçünün müavini Farhan Haq bildirib.

 

Baş katib tərəfləri eskalasiyadan qaçmağa davam etməyə çağırıb.

 

“BMT-nin baş katibi Rusiya Federasiyasında baş verənləri narahatlıqla izləyir. O, deeskalasiya addımları ilə bağlı son xəbərlərdən məlumatlıdır. Baş katib bütün tərəfləri məsuliyyətlə hərəkət etməyə davam etməyə və gərginlikdən qaçmağa çağırır”, - Haq qeyd edib.

 

Xatırladaq ki, ötən gün "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Priqojin Belarusa köçəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM