Yunanıstanda bu gün keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, mühafizəkar Yeni Demokratiya Partiyası parlament seçkilərində qələbə qazanıb.
Rəsmi nəticələrə əsasən, Kiriakos Mitsotakis daha dörd il ölkənin baş naziri ola bilər.
Daxili İşlər Nazirliyinin açıqladığı nəticələrə görə, bülletenlərin t
əxminən dörddə birinin hesablanması ilə sağ mərkəzçi Yeni Demokratiya Partiyası 40,5 faiz səslə liderdir.
Müxalifətdə olan Syriza partiyası isə 20%-ə yaxın səs toplayıb və ikinci yeri tutub.
Bugünkü seçki son beş həftədə ikinci səsvermədir, mayın 21-də baş tutan seçki zamanı heç bir partiya hökumət qura biləcək qədər səs toplaya bilməyib.