Modern.az

Yunanıstan parlamentinə 4 türk deputat seçildi 

Yunanıstan parlamentinə 4 türk deputat seçildi 

Dünya

26 İyun 2023, 00:25

Xəbər verdiyimiz kimi, Yunanıstanda bazar günü keçirilən parlament seçkilərində Kiryakos Mitsotakisin rəhbərlik etdiyi Yeni Demokratiya Partiyası qələbə qazanıb.

 

Modern.az xəbər verir ki, Mitsotakis ölkədə sürətlə mühüm islahatlar aparılacağını bildirib.

 

Partiya 40,5 faiz səs toplayıb və 300 yerlik parlamentdə 158 mandat qazanıb.

 

Aleksis Tsiprasın rəhbərlik etdiyi ana müxalifət SYRİZA Partiyası isə 17,8 faiz səs qazanıb.

 

Bundan əlavə, Nikos Androulakisin başçılıq etdiyi PASOK 11,95 faiz səslə üçüncü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, Türk əsilli siyasətçilər Özgür Ferhat, İlhan Ahmet, Hüseyn Zeybək və Burhan Baran da parlamentə daxil olmağı bacarıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM