Modern.az

Avtobusla vurulan piyada xəstəxanada öldü

Avtobusla vurulan piyada xəstəxanada öldü

Hadisə

26 İyun 2023, 11:10

Bakıda avtobusun vurduğu piyada xəstəxanada ölüb.

 

Modern.az xəbər verir ki, iyunun 21-də Babayev Rafət İmanxan oğlunun idarə etdiyi “Daewoo BC090” markalı avtobus Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1991-ci il təvəllüdlü Muradov Sərxan Rizvan oğlunu vurub.

 

Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu