Modern.az

Bu gün krımtatarların Bayraq Günüdür

Bu gün krımtatarların Bayraq Günüdür

Dünya

26 İyun 2023, 12:48

Bu gün krımtatarların Bayraq Günüdür.

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, Krımtatar Xalq Məclisinin sədri Refat Çubarov günün əlamətdarlığı ilə bağlı danışıb.

 

"2014-cü ildən sonra bayraq Rusiyanın Krımda təcavüzünə qarşı müqavimət simvoluna çevrildi. Şübhə yoxdur ki, Krım üzərində Ukrayna və krımtatar bayrağı dalğalanacaq", - o qeyd edib.

 

 

Ukrayna xarici işlər nazirinin müavini, əslən krımtatar olan Əminə Cabbar da bu barədə tviter səhifəsində paylaşım edib.

 

"İki bayraq - bir millət. Bu gün müqavimətin və birliyin simvolu olan krımtatar Bayraq Gününü qeyd edirik. Krımtatarlar harada olurlarsa, olsunlar, hamının öz potensialını realizə edə biləcəyi azad və rifahlı bir Krım xəyal edərlər. Rusiya uğursuz olacaq. Krımtatar, Ukrayna və Avropa İttifaqının bayraqları Krımda qürurla dalğalanacaq", - Cabbar yazıb.

 

 

Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edildikdən sonra yerli əhali olan krımtatarlara təzyiqlər artıb. Krımtatar Xalq Məclisinin fəaliyyəti qadağan olunub.

 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI