Modern.az

Ukrayna ilə bağlı sülh konfransı keçirilib - MƏXFİ

Ukrayna ilə bağlı sülh konfransı keçirilib - MƏXFİ

Dünya

26 İyun 2023, 13:26

Danimarkada məxfilik şəraitində Ukrayna üzrə sülh konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, Deutschlandfunk nəşrinin məlumatına görə, tədbirdə Qərb ölkələrinin nümayəndələri ilə yanaşı, Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın təmsilçiləri də iştirak ediblər.

 

Danimarka mətbuatı konfransın keçirilməsi təşəbbüsünün Kiyevdən gəldiyini yazıb. “Reuters”in məlumatına görə, tədbir Kopenhagendə keçirilib və Ukraynada “sülh prinsipləri” müzakirə edilib.

 

Danimarka hökuməti konfransın məzmunu ilə bağlı rəsmi açıqlama verməyib və iştirakçılar haqqında heç bir informasiya açıqlamayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI