Türkiyənin Hakkari şəhərində qurbanlıq heyvanların satış mərkəzində çəkisinə görə digərlərindən fərqlənən "Paşa" adlı buğanın qiyməti eşidənləri şoka salıb.
Modern.az xəbər verir ki, heyvanın sahibi Bahattin Kandaş ilkin satış qiymətinin 120 min lirə olduğunu bildirib.
"Paşa" bazarda ən böyük heyvandır. Bir yaşı olanda almışam, 4 ildir saxlayıram. 1 ton 100 kiloqram çəkisi var. Orta hesabla 550-600 kiloqram arasında təmiz ət verəcək. "Paşa" evimizin sevimlisidir. Onu 120 min lirəyə satıram", - deyə fermer söyləyib.