Modern.az

Rəisi dəstək üçün Putinə zəng vurdu

Rəisi dəstək üçün Putinə zəng vurdu

26 İyun 2023, 15:28

Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

"İran prezidenti 24 iyun hadisələri ilə bağlı Rusiya rəhbərliyinə tam dəstəyini ifadə edib. Ticarət, enerji və nəqliyyat sahələrində mövcud sazişlərin praktiki şəkildə həyata keçirilməsi vurğulanmaqla, qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib. Beynəlxalq gündəmdə olan bəzi məsələlərə, o cümlədən Cənubi Qafqazda sabitliyin təmin edilməsi və Suriya nizamlanmasına da toxunulub. Vladimir Putin İran rəhbərliyini və xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. Kontaktları davam etdirməklə bağlı razılıq əldə olunub", - qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI