Modern.az

Rubinyan Türkiyə ilə sərhədlərin açılmasından DANIŞDI

Rubinyan Türkiyə ilə sərhədlərin açılmasından DANIŞDI

Dünya

26 İyun 2023, 15:32

“Ümid edirik ki, razılaşmalar yerinə yetiriləcək”.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyə ilə sərhəddəki keçid məntəqəsində iş üzrə razılaşma barədə danışarkən deyib.

 

O, jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan tərəfinin məntəqənin infrastrukturunun yaxşılaşdırılması üzrə işi tezliklə başa çatacaq: 

 

"Ermənistan ümid edir ki, Türkiyə tərəfi də əldə olunmuş razılaşmaları yerinə yetirəcək".

 

Vitse-spiker, həmçinin qeyd edib ki, ümumiyyətlə, danışıqlar prosesi dayanmır və lazım gələndə, o, Türkiyənin xüsusi nümayəndəsi ilə əlaqə saxlayır:

 

"İndi yeni görüşlə bağlı heç bir razılaşma yoxdur və olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI