Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanda missiyasını başa vuran İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohurini qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" yazıb.
Alen Simonyan söhbət zamanı qeyd edib ki, İran həmişə Ermənistan üçün xüsusi tərəfdaş olub və belə də qalacaq.
Səfir isə cavabında deyib ki, İran da Ermənistanla tarixi-mədəni bağlar, qarşılıqlı iqtisadi maraqlar, eləcə də bir sıra regional problemlərə ümumi yanaşma ilə müəyyən edilən münasibətləri xüsusi qiymətləndirir.