Modern.az

Sərdar Cəlaloğludan Rüstəm İbrahimbəyova dəstək mesajı

Sərdar Cəlaloğludan Rüstəm İbrahimbəyova dəstək mesajı

Ölkə

19 İyul 2013, 11:58

“Lazım gələrsə Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyə bilərik”. Bu fikirləri Modern.az saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Milli Şura yaranandan bəzi onun əleyhinə silsilə çıxışları ilə yadda qalan ADP sədri bu dəfə məsələyə fərqli aspketdən yanaşıb. O, ADP-nin seçkilərdə iştirak edəcəyini əminliklə vurğulasa da, bunun hansı formada baş tutacağının indidən məlum olmadığını deyib.

Hələ seçki mövzusu gündəmə gəlməmişdən qabaq ADP-nin Ümid partiyasının sədri İqbal Ağazadənin namizədliyini dəstəkləyəcəyini açıqlayan S.Cəlaloğlu ötən gün seçkilərə ayrıca qoşulacaqlarını bəyan edib.

“Qarabağ” siyasi blokdur. Seçkiqabağı məsləhət olunarsa “Qarabağ” blokunu seçki blokuna çevirib vahid namizədlə iştirak edə bilərik.  Hələ yekun qərar verməmişik. Belə fikir də var ki, seçkilərə ADP olaraq öz namizədimizlə gedək. Əsas odur ki, xalqımızın xeyrinə qərar verəcəyik.

Bundan öncə deyirdik ki, İqbal Ağazadəni dəstəkləyə bilərik. Hələ seçki başlamayıb axı?”.

Partiya rəhbəri bu dəfə isə Milli Şuranın namizədini də dəstəkləyə biləcəyini bildirib:

“Mən onu deyim ki, görsək ki, Milli Şura real proyektdir,  burada hər hansı siyasi oyun yoxdur. O zaman Milli Şuranı dəstəkləyəcəyik. Milli Şurada onlarla prezidentliyə namizəd var.

Söhbət necə gəldi dəstəkləməkdən getmir. Bir dəqiq arxayın olandan sonra, inanandan sonra əlbəttə Rüstəm İbrahimbəyovu dəstəkləməliyik.

İnanmaq çox çətindir ki, belə bir adam hakimiyyət gələndən sonra verdiyi vədləri yerinə yetirə biləcək”-deyə S.Cəlaloğlu vurğulayıb.

ADP sədri daha sonra R.İbrahimbəyovun Bakıya qayıtması haqda verdiyi açıqlamaya toxunaraq buna inanmadığını bildirib:

“Rüstəm bəy bundan qabaq deyirdi ki, Avropaya gedirəm. İndi bəlli olub ki, Moskvada heç kənara da çıxmayıb. Onun iyulun 30-da Bakıya qayıtmasına şübhə ilə yanaşıram”.

Anar RÜSTƏMOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi