Modern.az

Bakı ilə razılaşmada 3 fundamental məsələ var - Rubinyan

Bakı ilə razılaşmada 3 fundamental məsələ var - Rubinyan

26 İyun 2023, 15:56

"Ermənistan üçün Azərbaycanla gələcək razılaşmada 3 fundamental məsələ var".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

 

"İlk növbədə, ölkələr tərəfindən bir-birinin ərazi bütövlüyünün tanınması üçün əsas götürülən konkret xəritəni düzəltmək lazımdır. Ermənistan üçün ikinci prinsip Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi məsələsi, üçüncüsü isə sazişin həyata keçirilməsi üçün zəmanət institutunun tətbiqi ilə bağlıdır", - o qeyd edib.

Bu xəbər ilə bağlı
Rubinyan Türkiyə ilə sərhədlərin açılmasından DANIŞDI
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI