ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Nüvə Silahlarının Yayılmaması Bürosunun baş məsləhətçisi Castin Fridman Ermənistana səfər edəcək.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər iyunun 26-27-də baş tutacaq.
ABŞ rəsmisinin bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub.
Onun digər region ölkələrinə də səfər edib-etməyəcəyi qeyd olunmayıb.