Ukrayna ilk modul körpüləri ABŞ-dan olan tərəfdaşlarından alıb.
Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, “Acrow” korporasiyasının istehsalı olan körpülər həm avtomobillərin, həm də yük maşınlarının hərəkətinə tab gətirə bilir.
Bu da öz növbəsində müharibədən ən çox zərər çəkmiş rayonlarda fasiləsiz nəqliyyat əlaqələrinin tezliklə bərpasına kömək edəcək.
Qeyd edək ki, avstraliyalı milyarder, "Fortescue Metals Group"un sahibi Endryu Forest Ukraynanın bərpası ilə bağlı London konfransından sonra ölkəyə sərmayə qoymaq niyyətini açıqlayıb.