Almaniya hökuməti uzunmüddətli perspektivdə Ukraynanı artilleriya qurğuları üçün sursatla təmin etmək istəyir.
Modern.az bu barədə "Der Spiegel"ə istinadən xəbər verir.
Məlumata görə, Berlin 20.000 mərminin alınmasını maliyyələşdirəcək.
Nəşr qeyd edir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius orduda sursat çatışmazlığını aradan qaldırmaq istəyir. Mərmilərin bir hissəsinin Ukraynaya verilməsi planlaşdırılır.
Ötən həftənin sonunda Müdafiə Nazirliyi "Rheinmetall" müdafiə şirkəti ilə imzalanan müvafiq çərçivə sazişini parlamentin büdcə komitəsinə təqdim edib.
Müqavilə çərçivəsində 2029-cu ilə kimu 333 000-ə qədər 155 mm-lik mərmilərin tədarükü planlaşdırılır.