Modern.az

Priqojin Belarusda üzə çıxdı 

Priqojin Belarusda üzə çıxdı 

Dünya

26 İyun 2023, 20:43

"Vagner" muzdlularının rəhbəri Yevgeni Priqojin Belarusda ortaya çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb.

 

"Brief" kanalının məlumatına görə, o, Minskdəki "Green City" hotelində görünüb.

 

Rusiyanın RTVI telekanalı hotellə əlaqə saxlasa da, müəssisə müştəri məlumatlarının konfidensiallığını əsas gətirərək faktı təsdiqləməyib.

 

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM