Modern.az

ABŞ Priqojin hadisəsində iştirak etməyib - Bayden

ABŞ Priqojin hadisəsində iştirak etməyib - Bayden

Dünya

26 İyun 2023, 21:15

ABŞ və NATO-nun Yevgeni Priqojinin üsyanı ilə heç bir əlaqəsi yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib

 

O qeyd edib ki, qiyamın Rusiya-Ukrayna münaqişəsinə təsiri barədə nəticə çıxarmaq hələ tezdir.

 

“Biz bu işdə iştirak etmədiyimizi açıq şəkildə bildirdik. Bizim bununla heç bir əlaqəmiz yoxdur. Bu, Rusiya sistemi daxilində mübarizənin bir hissəsi idi”, - ABŞ prezidenti deyib.

 

Bayden qeyd edib ki, o, həftə sonu hadisə ilə bağlı müttəfiqləri ilə videokonfrans keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi