Modern.az

Putin yenidən xalqa müraciət etdi, qiyamdan danışdı

Putin yenidən xalqa müraciət etdi, qiyamdan danışdı

Dünya

26 İyun 2023, 23:36

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.

 

Modern.az xəbər verir ki, onun çıxışı televiziya kanalları vasitəsilə yayımlanıb.

 

Putin Rusiyada baş verən hərbi qiyam cəhdindən danışıb. O qeyd edib ki, silahlı üsyan onsuz da yatırılacaqdı:

 

“Vəndaş həmrəyliyi göstərdi ki, istənilən şantaj, daxili iğtişaşlar yaratmaq cəhdləri uğursuzluğa məhkumdur. Üsyanın təşkilatçıları xalqa və üsyana cəlb olunanlara xəyanət etdilər. Rusiyanın düşmənləri ölkənin qanlı vətəndaş qarşıdurmasında boğulmasını istəyirdilər", - Putin deyib.

 

O, “Vaqnerçi” muzdlularına verdiyi vədi yerinə yetirəcəyinə söz verib:

 

"İstəyən Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM