Modern.az

Sahildə güclü ZƏLZƏLƏ - 5,2 ballıq

Sahildə güclü ZƏLZƏLƏ - 5,2 ballıq

Dünya

27 İyun 2023, 08:08

Tonqa Krallığının sahillərində 5,2 bal gücündə silsilə zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu məlumat yayıb.

 

İlk zəlzələnin episentri təxminən 22 mindən çox əhalisi olan Nukualofa şəhərindən 300 kilometr cənubda yerləşib. Zəlzələ ocağı yerin təxminən 80 kilometr dərinliyində yerləşib.

 

İkinci zəlzələ 72 mindən çox insanın yaşadığı Tonqatapu arxipelaqının əsas adasının sahilindən 500 kilometr şimalda qeydə alınıb.

 

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM