Modern.az

Daşnaksütyundan separatçılara dəstək aksiyası - Rusiya səfirliyində

Daşnaksütyundan separatçılara dəstək aksiyası - Rusiya səfirliyində

Dünya

27 İyun 2023, 09:34

Ermənistanda radikal millətçi və revanşist Daşnaksütyun Partiyasının təşkilatçılığı ilə 24 saatlıq piketlər başlayıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Rusiyanın İrəvandakı səfirliyinin qarşısında start götürən aksiya separatçılara dəstək xarakteri daşıyır.

 

Bildirilib ki, onlar həmçinin ABŞ, Fransa və Avropa İttifaqının diplomatik nümayəndəliklərinin qarşısında da toplaşacaqlar.

 

Aksiyaçılar "beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa yönəltmək" məqsədlərini açıqlayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI