Modern.az

Ukrayna ordusu bir neçə istiqamətdə irəliləyir

Ukrayna ordusu bir neçə istiqamətdə irəliləyir

Dünya

27 İyun 2023, 09:46

"Ukrayna ordusu cənub və şərqdə bir neçə istiqamətdə irəliləyir".

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andriy Kovalev bildirib.

 

"Novodarovka - Priyutnoye, Novodanilovka - Rabotino istiqamətlərində Ukrayna hərbçiləri müvəffəqiyyət qazanıb. Həmçinin Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində Orexovo-Vasilyevka, İvanovskoye, Kurdyumovka, Severnoye yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları aparır, uğurlu alınıb, əldə olunmuş xətlərdə möhkəmləniblər", - o qeyd edib.

 

"Eyni zamanda, Ukrayna hərbçiləri Liman, Avdeyevsk və Maryinsk istiqamətlərində Rusiya qoşunlarının hücumunu cilovlamağa davam edir", - Kovalev əlavə edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI