Modern.az

Lerikdə evləri dağılan şəxslər üçün çadırlar quruldu - FOTOLAR

Lerikdə evləri dağılan şəxslər üçün çadırlar quruldu - FOTOLAR

27 İyun 2023, 11:20

Fövqəladə Hallar Nazirliyinə Lerik rayonu, Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lerik rayonu, Hamarmeşə kənd sakinləri R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama