Modern.az

Netanyahu Səudiyyə ilə barışıq üçün Çinə gedir

Netanyahu Səudiyyə ilə barışıq üçün Çinə gedir

Dünya

27 İyun 2023, 11:49

İsrailin Baş naziri Binyamin Netanyahu gələn ay Çinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

 

Tərəflər hələ səfərlə bağlı açıqlama verməyiblər, lakin mənbələrə görə, son günlər iki liderin ofisləri arasında səfərə hazırlıqla bağlı genişlənmiş təmaslar aparılıb.

 

Nəşr Çinin mart ayında İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına vasitəçilik etməsini xatıraldıb. Ehtimal olunur ki, Netanyahu da Çinin köməyi ilə Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırmağa cəhd edə bilər.

 

Nəşr qeyd edib ki, səfər İsrailin ABŞ-dan təşəbbüs gözləmək niyyətində olmadığını və özünün diplomatik imkanlarının varlığını nümayiş etdirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM