"Ermənistan ordusunun mobilliyi 44 günlük müharibə zamanı ən böyük problemlərdən birinə çevrildi".
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında deyib.
"Bölmələrin hərəkətinin necə baş verdiyini hələ ciddi şəkildə öyrənmək lazımdır. Silahlı Qüvvələrin xeyli sayda itkisi döyüşlər zamanı verilməyib. Orduda müharibədən əvvəl baş verən optimallaşdırma hərəkətliliyin artırılması ehtiyacı ilə əsaslandırıldı", - o qeyd edib.