Türkiyənin xarici işlər naziri Hakan Fidan Monteneqro prezidenti Yakov Milatoviçlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi tviter səhifəsində məlumat verilib.
Görüş Fidanın Monteneqroya səfəri çərçivəsində baş tutub.
"Cənub-şərqi Avropa Əməkdaşlığı Prosesi Zirvəsi üçün Podqoritsada olan nazirimiz Hakan Fidan Monteneqro prezidenti Yakov Milatoviç ilə bir araya gəldi", - məlumatda deyilir.