"Kreml silahlı üsyana cəhddən sonra razılaşmanın bütün tərəflərinin öz vədlərini yerinə yetirəcəyinə ümid edir".
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
"Ən pis ssenarinin qarşısını almaq üçün böyük işlər görüldü və Putinin iradəsi ortaya qoyuldu. Ukrayna üzrə danışıqlara başlamaq üçün heç bir ilkin şərt yoxdur, Qərb və Kiyev belə bir ehtimalı tamamilə istisna edir. Rusiyadakı vəziyyətin həllində əsas məqam prezidentin səyləri, hadisələrin ən pis ssenarisinin qarşısını almaq iradəsi idi. Lukaşenkonun Rusiyada baş verən son hadisələri qiymətləndirməsini şərh etmirəm, Putin onun “həll etmək səylərini" yüksək qiymətləndirib", - o deyib.
Peskov bildirib ki, Vladimir Putinin Kremldə üsyan zamanı asayişi təmin edən və onun yatırılmasında iştirak edən Müdafiə Nazirliyi, FTX, Milli Qvardiya, Daxili İşlər Nazirliyi və digər bölmələrinə müraciəti var.