Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ilin fevralında Baş Qərargahın onun istefasını tələb etdiyi hadisədə xarici iz görür.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında deyib.
"Bu, ehtimal olunan versiyalardan biridir, həmçinin bəzi hərbçilər ozamankı vəziyyətin təsiri altında və ya tabeçiliklə bu addımı atıblar", - Paşinyan deyib.
O, hərbi əməliyyatlardan sonra bəzi hərbçilərin ona inamının itirilməsi ehtimalını istisna etmir.